Rusiyanın raket hücumu nəticəsində ukraynalı basketbolçu və məşqçi həlak oldu

Rusiyanın raket hücumu nəticəsində ukraynalı basketbolçu və məşqçi Viktor Kobzistiy Lvov şəhərində həlak olub.

Basketbolçunun ölümü barədə Şəhər Şurasından məlumat verilib.

Viktor Kobzistiy 2001 və 2005-də illərdə keçirilən Avropa oyunlarında Ukrayna millisində çıxış edib. 2011-ci ildə məşqçi olub, basketbolçu karyerasını bitirərək Kiyevin “Budivelnik” komandasında baş məşqçinin köməkçisi kimi işə başlayıb. 2014-cü ildə Kobzistıy Dneprodzerjinski şəhərinin “DneprAZOT” klubuna rəhbərlik edib.

Rusiyanın raket hücumu nəticəsində ukraynalı basketbolçu və məşqçi həlak oldu
  • Sosial şəbəkədə paylaş