Mayın 25-də Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı ictimaiyyət arasında narazılıqlara səbəb olub.
Media xəbər verir ki, imtahanda sual tapşırıqlarının, xüsusilə də tarix fənnindən olan tapşırıqların həddindən artıq çətin olduğu bildirilir.
Sosial şəbəkələrdə mövzu geniş müzakirəyə səbəb olub və müəllimlərin də bu sualların cavablarını tapmaqda çətinlik çəkdiyi qeyd olunub.
Tarix müəllimi Sahil Əzimov imtahanla bağlı fikirlərini belə ifadə edib:
“13 ildir bu sahədəyəm, amma builki qədər qəliz, şagirdlərə tarix fənnindən soyutma effekti yaradan suallar görməmişdim. Situasiya mətni də III ixtisas blokuna uyğun olaraq kifayət qədər xırdalıqlarla dolu bir mövzudan seçilmişdi.
Bütün sınaqlarda 30 bal toplayan şagirdlər bu imtahanda 28 balı belə keçə bilmədi. Məqsəd nədir? Suallar həm uzun, həm də sistemli idi. Bir suala ayrılacaq vaxt bu tip tapşırıqları cavablandırmaq üçün kifayət etmirdi. Danışılacaq çox məsələ var... Ümid edirik ki, növbəti imtahanda vəziyyət bu qədər gərgin olmayacaq”.