Gəncədə məktəblilər arasında dava – Şagird kəllə-beyin travması aldı

Gəncə şəhərində məktəblilər arasında baş verən insident zamanı bir şagird xəsarət alıb.

Bu barədə DİN Mətbuat xidməti Gəncə Regional Qrupundan bildirilib.

Qeyd edilib ki, Gəncə şəhərindəki məktəblərdən birində şagirdlər arasındakı insidentlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar davam etdirilir.

Araşdırmalar zamanı başqa bir şagirdin xəsarət alaraq xəstəxanaya müraciət etməsi məlum olub.

Hazırda müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.

***

Gəncədə məktəblilər arasında dava olub.

“Qafqazinfo” xəbər verir ki, Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin şagirdləri - 2009-cu il təvəllüdlü Fərid Quliyev, 2010-cu il təvəllüdlü Amin Hümbətov və Raul Hüseynov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdiriliblər.

Hazırda faktla bağlı araşdırma aparılır.
  • Sosial şəbəkədə paylaş