Bakıda baş redaktor intihara cəhd etdi

Bakıda jurnalist intihara cəhd edib.

Aciqsoz.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, jurnalist Nəsimi Şərəfxanlı evində sirkə turşusu içərək zəhərlənib. O, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu Trend-in sorğusuna cavab olaraq bildirib ki, jurnalist ağır vəziyyətdə şöbəyə yerləşdirilib.

"Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Hazırda şöbədə müalicəsi davam etdirilir, vəziyyəti kafi qiymətlənidirilir", - E.Hidayətoğlu bildirib.

Xatırladaq ki, N.Şərəfxanlı "Cumhuriyyet.az" saytının rəhbəridir.
  • Sosial şəbəkədə paylaş