Görkəmli prokurorluq işçisi və tanınmış hüquqşünas vəfat edib

2022-ci il fevral ayının 19-da ağır xəstəlikdən sonra uzun illər Azərbaycanın prokurorluq orqanlarında yüksək vəzifələrdə çalışmış tanınmış hüquqşünas, böyük istedada və dərin biliklərə malik mütəxəssis, ədliyyə generalı Hüseyn Hüseynov vəfat etmişdir.

O öz ömrünü ölkədə prokurorluq işinin inkişafına həsr edib və milli hüquq-mühafizə qurumlarının fəaliyyətinin yüksək tələblərə cavab verməsi, hər sahədə qanunçuluğun bərqərar olması ötrü bütün bacarığından istifadə etmişdir.

Hüseyn müəllimi yaxından tanıyanlar, həmkarları, onun nəyinki qanuna və hüquqa aid, eyni zamanda ədəbiyyat, tarix, coğrafiya və s. elmlərə dair zəngin biliklərə malik olduğunun şahididirlər.

Hüseynov Hüseyn Muxtar oğlu 11 mart 1944-cü ildə Naxçıvanın Qabıllı kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Marksizm və Leninizm institunda iki il təhsil alır.

1963-ci ildə hərbi vəzifəsini yerinə yetirmişdir.

Əmək yolunu müstəntiq kimi başlayıb. Xanlar rayonunda, sonra Tərtər rayonunda işləmişdir. 1969-cu ildə Qusar rayon prokurorluğun müstəntiqi vəzifəsində işləmişdir.

Daha sonra Quba şəhərində çalışmış, Bakı şəhəri Abşeron rayon prokurorluğuna təyinat almışdır, zona prokuroru vəzifəsinə təyin edilmişdir.

1973–74-cü illərdə Hüseyn Hüseynov Şəki-Şirvan zonası prokroru işləmişdir. 1981–82-ci illərdə Bakı şəhəri Nərimanov rayon prokurorun müavini vəzifəsini tutmuşdur.

1983–84-cü illərdə Bakı şəhəri Oktyabr rayonun prokuroru olmuşdur. Sonra Bakı istintaq şöbəsinin rəisi, daha sonra isə Bakı Baş Prokurorluğunun rəisi vəzifəsinə yüksəlir. İki il həmin vəzifədə fəaliyyət göstərmişdir.

1991-ci ildə Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsinə təyin edilmişdir.

Naxçivanda çalışdıqdan sonra, Hüseyn Hüseynov fəaliyyətini Səbail rayonun prokuroru vəzifəsində davam etdirmişdir, gömrük istintaq rəisi, ordu istintaq rəisi, təhlükəsizlik nazirliyinin istintaq idarəsinin rəisi, Yasamal rayonun prokuroru vəzifələrini icra etmişdir.
Ədliyyə generalı rütbəsini daşıyırdı.

"Açıq söz" qəzetinin redaksiyası mərhumun ailə üzvlərinə dərin hüzrlə başsağlığı verir.
Allah rəhmət eləsin!
  • Sosial şəbəkədə paylaş