Azərbaycana gəlmə turizmini təşviq etmək məqsədilə 2026–2030-cu illərdə ümumvətəndaş pasportu əsasında vizasız gediş-gəliş rejimi tətbiq olunan hədəf ölkələrin sayı artırılacaq.
Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.
Sənədə əsasən, vizasız gediş-gəliş rejimi tətbiq olunan hədəf ölkələrin sayının 2028-ci ilə qədər 28-ə, 2030-cu ilə qədər isə 34-ə çatdırılması planlaşdırılır. Bundan başqa, proqram çərçivəsində gəlmə turizmi üçün “ASAN Viza” sistemi vasitəsilə çoxdəfəlik elektron vizaların verilməsi prosesi təkmilləşdiriləcək, sərhəddə viza daxil olmaqla elektron viza rejimi tətbiq edilən ölkələrin siyahısı genişləndiriləcək. Həmçinin 2027–2028-ci illərdə miqrasiya qanunvericiliyinə dəyişiklik edilərək yeni “rəqəmsal səyyah” (digital nomad) viza altnövü təsis olunacaq.