Prezident İlham Əliyev və Paşinyan Vaşinqtonda qeyri-rəsmi görüş keçirib

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda qeyri-rəsmi, ayaqüstü görüş keçiriblər.

Söhbətdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də iştirak ediblər.

Görüşün detalları və müzakirə olunan məsələlər barədə hələlik rəsmi açıqlama verilməyib.
  • Sosial şəbəkədə paylaş