Qüds Rayon Məhkəməsi İsrailin Milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə həbsxanalarda terrorçuları qorumaq üçün timsahlardan istifadə etməyi qadağan edib.
Məhkəmə qərarı barədə məlumatı The Jerusalem Post qəzeti yayıb. Qəzetin məlumatına görə, hakimlər müvəqqəti qadağanı heyvan hüquqları təşkilatı olan "Let the Animals Live" tərəfindən verilən ərizə əsasında veriblər.
Ben-Qvirin özü hakimləri "terrorçuların tərəfini tutmaqda" günahlandırıb: "Müharibə zamanı məhkəmə sistemi bir daha terrorçuların tərəfini tutur və İsrailin təhlükəsizliyini təmin etmək üçün vacib addımların atılmasına mane olur".
Nəşrin məlumatına görə, İsrail Parklar və Vəhşi Təbiət İdarəsinə bir neçə aydır ki, Milli Təhlükəsizlik Nazirliyinin təhlükəsizlik cinayətlərində məhkum edilmiş məhbusların saxlanıldığı həbsxanaların xəndəklərinə timsahlar yerləşdirməsinə icazə verməsi üçün təzyiq göstərilirdi. Pilot layihənin yəhudi dövlətinin cənubundakı Negev səhrasında yerləşən Ktziot həbsxanasında başlaması gözlənilirdi.