Rusiyalı aktyor və həyat yoldaşı bir-birini bıçaqlayıb öldürdü

Moskva vilayətinin Mıtişi şəhərində tanınmış teatr aktyoru Vladislav Benqraf və həyat yoldaşı ailə münaqişəsi zəminində bir-birini bıçaqlayaraq öldürüblər.

Bu barədə Telegram kanalı "Mash" məlumat yayıb.

Məlumata görə, münaqişə 19 aprel bazar günü gecəsi cütlüyün mənzilində baş verib və tez bir zamanda bıçaq davasına çevrilib. 28 yaşlı aktyor 23 yaşlı həyat yoldaşını boynundan və sinəsindən bir neçə dəfə bıçaqlayıb və cavab olaraq ölümcül bıçaq yarası alıb. Hər ikisi hadisə yerində ölüb.

İlkin məlumatlara görə, münaqişə qadının boşanmaq niyyətindən qaynaqlana bilər.

Qeyd edək ki, cütlüyün FEST Teatrında işlədiyi məlum olub: kişi aktyor, qadın isə qrim şöbəsinə rəhbərlik edib.
  • Sosial şəbəkədə paylaş