SOCAR Ukraynada sosial və mədəni layihələrə 7 milyon dollara yaxın sərmayə qoyub

“SOCAR Energy Ukraine” şirkəti Ukraynada həyata keçirilən sosial və mədəni layihələrə sərmayə qoyuluşunu davam etdirir.

Şirkətdən verilən məlumata görə, SOCAR Ukraynada sosial və mədəni layihələrin inkişafına 7 milyon dollar yaxın sərmayə qoyub.

“SOCAR Energy Ukraine” il ərzində yeni sosial layihələri maliyyələşdirməyi planlaşdırır.

Qeyd edək ki, SOCAR-ın Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine” yanacaq bazarında 200 şirkət arasında ən çox vergiödəyicisi kimi ilk 10-luqda yer alıb.
  • Sosial şəbəkədə paylaş