ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ ordusu “Qızıl Günbəz” raketdən müdafiə sisteminin ilk sınaqlarını 2026-cı ildə başa çatdırmağı və uçuş sınaqlarına 2027-ci ildə başlamağı planlaşdırır.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, podratçılar üçün tələb olunan yoxlamalara yerüstü sınaqlar, iki tutucu uçuş sınağı və 2029-cu ilin sonuna qədər hədəf tutma nümayişi daxildir. Bundan əlavə, agentlik qeyd edir ki, sistemlərin yerüstü sınaqları 2026-cı ilin əvvəlində uğurla başa çatarsa, hökumət tutucu raket istehsalçılarına 60 milyon dollar ödəməyə hazırdır.
  • Sosial şəbəkədə paylaş