Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Baku Sailing Regatta - 2023” yarışı keçirilib.
Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Yelkənli İdman Federasiyasının (SFA), “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) və “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun təşkilatçılığı ilə mayın 26-da start götürən yarışa yekun vurulub.
“Xəzər bizi səsləyir” devizi ilə Bakı buxtasında təşkil olunan turnirə əcnəbi yelkənçilər də qatılıblar.
Nəzrin Məmmədova, Furkan Mustafayev, Murad İsmayılov, İsmayıl Kərimov və Fidan Ağazadə müxtəlif kateqoriyalar üzrə qalib olublar.
Yarışın sonunda qaliblər mükafatlandırılıblar.