Ərdoğan 24 aprellə bağlı erməni patriarxına başsağlığı verib

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə ermənilərinin patriarxı Sahak Maşalyana müraciət ünvanlayıb.

Mətbuata istinadən xəbər verilir ki, o mesajında “Bir daha dünyasını dəyişən Osmanlı ermənilərinin xatirəsini ehtiramla yad edir, sağ qalan yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, -deyib.

Ərdoğan Ermənistan ilə münasibətlərin normallaşması üçün tarixi fürsət yarandığını da vurğulayıb.

Qeyd edək ki, bu gün ermənilər qondarma “soyqırım qurbanları”nı yad edir.
  • Sosial şəbəkədə paylaş