Bəşər Əsədin yaxın adamı öldürüld

Suriya Prezidenti Bəşər Əsədin lideri olduğu BƏƏS partiyasının liderlərindən biri Fərid Məhəmməd əl-Əmarin naməlum silahlı şəxslərin hücumu nəticəsində həyatını itirib.

Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, olay Dəra vilayətində olub.

Məlumata görə, motosikletli iki silahlı şəxs Əl-Əmarinin avtomobilini saxlayıb və birbaşa onu hədəfə alıblar. Bundan sonra silahlı şəxslər Əmarinin avtomobilini götürərək hadisə yerindən qaçıblar.

Xəstəxanaya gətirilən Əmarinin öldüyü bildirilib.

O, 2020-ci ilin fevralında BƏƏS partiyasının Nəvadakı təşkilatının rəhbəri Səlvan əl-Cundinin öldürülməsindən sonra onun yerinə keçmişdi.
  • Sosial şəbəkədə paylaş