Böyük Britaniya Vahid Ələkbərova sanksiya tətbiq edib

Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, sanksiya ilə bağlı sənədə daha 206 yeni maddə əlavə edilib.

Bildirilib ki, siyahıya Rusiyanın milyarderləri - Qriqori Berezkin, Vladimir Yevtuşenko, Viktor Medvedçuk, Rusiya xarici işlər nazirinin həyat yoldaşı və başqaları daxil edilib.

Siyahıda “Lukoyl” şirkətinin sahibi, əslən azərbaycanlı milyarder Vahid Ələkbərovun da adı var.
  • Sosial şəbəkədə paylaş