Rusiyanın BMT-nin İnsan Haqları Şurasından çıxarılması ilə bağlı səsvermə keçiriləcək

Rusiyanın BMT-nin İnsan Haqları Şurasından çıxarılması ilə bağlı səsvermə keçiriləcək.

AFP-yə istinadən xəbər verilir ki, bu barədə BMT Baş Assambleyasının Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, BMT Baş Assambleyası aprelin 7-də Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq BMT-nin İnsan Haqları Şurasında üzvlüyünün dayandırılması ilə bağlı səsvermə keçirəcək.
  • Sosial şəbəkədə paylaş