Bakıda 6 qadın külək nəticəsində xəsarət alıb

Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 6 nəfər (qadın) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə APA-ya Səhiyyə Nazirliyindən xəbər verilib. Qeyd edilib ki, yaralananlar müxtəlif xəsarətlərlə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanaya çatdırılıblar.
  • Sosial şəbəkədə paylaş