Azərbaycanda artıq çaylara və digər su mənbələrinə nasoslar qoyub su götürmək üçün pul ödəmək lazım gələcək. Bu barədə ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib.
Çaylardan və digər su mənbələrindən götürülən suya görə pul ödənilməsi zərurəti bu günlərdə Nazirlər Kabineti tərəfindən təsdiqlənən sudan ödənişli istifadə qaydalarından irəli gəlir.
“Ölkənin şirin su ehtiyatlarının azlığı, qlobal iqlim dəyişikliyi, son illərdə yağıntıların və qonşu ölkələrdən daxil olan suların xeyli azalması, digər tərəfdən, iqtisadiyyatın müxtəlif sahələrinin sürətlə inkişafı, kənd təsərrüfatı sahələrinin genişlənməsi və nəticədə suya olan tələbatın gündən-günə artması ölkənin davamlı sosial-iqtisadi inkişafında mühüm rolu olan su ehtiyatlarının qənaətlə istifadəsi və mühafizəsini olduqca əhəmiyyətli edir”, - Rasim Səttarzadə Nazirlər Kabinetinin yeni qaydalarını şərh edərkən bildirib.