Türkiyədən İsveçin ekstradisiya oyununa SƏRT CAVAB: "Gözləntimiz bu deyil, ..."

İsveç bu yaxınlarda dələduzluq ittihamı ilə axtarılan şəxsin Türkiyəyə ekstradisiyasına qərar verdiyini

İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı qiymətləndirmələr edən Türkiyəmim Ədliyyə naziri Bəkir Bozdağ terrorçuların ekstradisiyasına hələ də müsbət cavab verilmədiyini bildirib.

Bəkir Bozdağ İstanbul Bayrampaşada qatıldığı bir sıra proqramlardan sonra jurnalistlərin suallarını cavablandırıb.

Bozdağ, "Bizim gözləntimiz dələduzluqda ittiham olunanlarla bağlı deyil. Türkiyənin tələbi terror cinayətlərində ittiham olunan və Türkiyə tərəfindən ekstradisiyası tələb edilən şəxslərlə bağlıdır", - deyə açıqlama verib.

Bəkir Bozdağ daha sonra İsveç və Finlandiya arasında imzalanan anlaşma memorandumunda Türkiyənin tələblərinin də qeyd edildiyini, həm İsveç, həm də Finlandiya hökumətlərinin Türkiyənin tələblərini yerinə yetirməyi öhdələrinə götürdüklərini və bu öhdəlikləri öz imzaları ilə təsdiq etdiklərini bildirib.
  • Sosial şəbəkədə paylaş