Bir qrup varlı texnologiya sahibkarı mümkün nüvə müharibəsi, qlobal böhran və böyük fəlakətlərdən qorunmaq üçün Argentinanın ucqar dağlıq ərazisində nəhəng və mümkün qədər müstəqil yaşayış məkanı yaradır.
KİV xəbər verir ki, söhbət Argentinanın Mendoza əyalətində yerləşən “Wamani” rançosundan gedir. Layihənin əsas simalarından biri argentinalı-ispaniyalı texnologiya sahibkarı Martin Varsavskidir. Layihədə KIND şirkətinin qurucusu Daniel Lubetzky, OLX-in həmtəsisçisi Alec Oxenford və digər imkanlı sahibkarlar da iştirak edir.
Təxminən 32 min hektarlıq ərazini əhatə edən ranço And dağlarının ətəyində, yaşayış məntəqələrindən uzaqda yerləşir. Burada artıq yığma evlər, geodezik günbəzlər və təyyarələrin enib-qalxması üçün zolaq yaradılıb. Layihəyə indiyədək təxminən 10 milyon dollar sərmayə qoyulduğu bildirilir.
Plan yalnız sığınacaq tikməklə məhdudlaşmır. Ərazinin günəş panelləri ilə enerji təminatı, maldarlığın inkişaf etdirilməsi və kənd təsərrüfatı məhsullarının yetişdirilməsi nəzərdə tutulur. Məqsəd böyük qlobal böhran zamanı xarici dünyadan mümkün qədər az asılı olan yaşayış sistemi yaratmaqdır.
Ən diqqətçəkən planlardan biri isə internetlə bağlıdır. Layihə iştirakçıları qlobal serverlərin sıradan çıxacağı ssenaridə böyük dil modellərini günəş enerjisi ilə işləyən yerli kompüterlərə yükləyərək məhdud imkanlı öz informasiya sistemlərini yaratmaq ideyasını da nəzərdən keçirirlər.
Varsavski Argentinanın nüvə dövlətlərindən və mümkün əsas hədəflərdən uzaq olması, eyni zamanda böyük ərzaq və təbii resurslara malik olması səbəbindən qlobal fəlakət zamanı dünyanın daha təhlükəsiz bölgələrindən biri ola biləcəyini düşünür. Onun fikrincə, nüvə müharibəsindən sonra yarana biləcək “nüvə qışı” şəraitində də Cənub yarımkürəsinin üstünlükləri ola bilər.
Argentina ilə maraqlanan texnologiya dünyasının zəngin simaları arasında PayPal-ın həmtəsisçisi Peter Thielin də adı çəkilir. Ölkədə böyük sərmayə yatıran xaricilər üçün vətəndaşlıq imkanlarının genişləndirilməsi istiqamətində təşəbbüslər də müzakirə olunur.