Bakıda mağazadan 94 min manatlıq mobil telefonlar oğurlandı

Bakıda mağazadan 94 min manatlıq mobil telefonlar oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Xəbərə görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 93 855 manat dəyərində 35 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.İbrahimov saxlanılıb.
  • Sosial şəbəkədə paylaş