İslamiada: Azərbaycan gimnastı ikinci qızıl medalını qazandı

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti medalı qazanıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bədii gimnast Zöhrə Ağamirova lentlə hərəkətlərdə qızıl medala sahib çıxıb.

Ağamirova 32.850 xala layiq görülüb. İlona Zeynalova isə 4-cü yerlə kifayətlənib.
  • Sosial şəbəkədə paylaş