Slovakiyadan Ukraynaya ağır artilleriya dəstəyi gəldi

Slovakiya Respublikası Ukraynaya 4 ədəd “Zuzana 2” özüyeriyən artilleriya qurğusu verəcək.

Bu barədə Slovakiya müadfiə naziri Yaroslav Nad məlumat verib.

"Slovakiya günahsız ukraynalıların həyatının qorunmasına kömək edir! Biz məmnuniyyətlə ilk 4 Slovakiya Zuzana haubitsası Ukrayna silahlı qüvvələrinin təhvil verildiyini və Rusiya ordusundan müdafiə üçün yerləşdirilməyə hazır olduğunu bəyan edirik", - deyə, Y.Nad “Twitter” səhifəsində yazıb.

O yaxın vaxtlarda daha dörd haubitsanın Ukraynaya veriləcəyini təsdiqləyib.

Xatırladaq ki, bu ilin iyun ayının 2-də Ukrayna və Slovakiya səkkiz “Zuzana 2” özüyeriyən haubitsasının tədarükünə dair müqavilə imzalayıb.

Artilleriya qurğularının ümumi qiyməti barədə dəqiq məlumat verilmir. Lakin Slovakiyanın öz ordusunun ehtiyacları üçün sifariş etdiyi 25 ədəd özüyeriyən üçün 172 milyon avro, (yəni hər biri təxminən 7 milyon avro) ödədiyi bilinməkdədir.
  • Sosial şəbəkədə paylaş