İngiltərənin paytaxtı Londonda qaz partlayışı nəticəsində uçan binada bir uşaq ölüb, 3 nəfər isə ağır yaralanıb.
Aciqsoz.az xəbər verir ki, İngiltərənin paytaxt Londonun cənubundakı Kroydon rayonu yaxınlığında qaz partlayışı nəticəsində bina çöküb.
Rəsmi şəxslərin verdiyi məlumata görə, hadisə nəticəsində 1 uşağın öldüyü, xəstəxanaya aparılan 4 nəfərdən 1-nin müalicəsinin tamamlandığı, 3 nəfərin isə həyati təhlükəsinin davam etdiyi bildirilib.
Yerli vaxtla saat 07:00 radələrində baş verən partlayış ətrafdakı binalara da ziyan vurub, ehtiyat tədbiri olaraq 40-a yaxın bina boşaldılıb. Böyükşəhər polis qrupları hadisə yerini təxminən 50 metr mühasirəyə alıb. Əraziyə 6 yanğınsöndürən maşını və 40 yanğınsöndürən göndərilib.
Hazırda yanğınsöndürmə qrupları axtarış aparır və hadisə yerində təhlükəsizliyi təmin etməyə çalışır.