General-mayor Hikmət Həsənov birinci müavin TƏYİN EDİLDİ

General-mayor Hikmət Həsənova yeni vəzifə verilib.

Medianın əldə etdiyi məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəis müavini, general-mayor Hikmət Həsənov tutduğu vəzifədən azad edilib.

Digər əmrlə isə H. Həsənov Hərbi Akademiya rəisinin birinci müavini təyin edilib.

Qeyd edək ki, H.Həsənov 2014-2021-ci illərdə Birinci Ordu Korpusunun komandiri olub.
  • Sosial şəbəkədə paylaş