Miqrant qaçaqmalçılığı geniş vüsət almağa başlayıb. Birləşmiş Ştatlarda miqrant qaçaqmalçıları yüz milyonlarla dollarlıq dövriyyəyə malik təhlükəli mütəşəkkil cinayətkar qruplardır. Artıq bu cinayətkar şəbəkə qeyri-peşəkarlardan peşəkarlara çevrilib. Ən təhlükəlisi odur ki, miqrant qaçaqmalçılığı biznesi narkoticarətçilərlə əlaqələr sayəsində inkişaf etməkdədir.
Avropada yaşanan iqtisadi problemlər, sərt məhdudiyyətlər miqrantları daha uzaqlara, okeanın o tayına üz tutmağa məcbur edir. Nə qədər uzaq olsa da, Birləşmiş Ştatlar mühacirlərin bir tikə çörək əldə etmək üçün pənah apardığı bir məkana çevrilir. ABŞ-ın sərt miqrasiya qanunları, hətta mühacirlərin qarşısını almağa yönəlik beton sədlər belə bu axının qarşısını ala bilmir. Bu məqamdan isə mütəşəkkil cinayətkar qruplar yararlanırlar.