"Cinayətkarın əli görkəmli siyasətçinin həyatına son qoydu" - Putin

Rusiya prezidenti Vladimir Putin Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin vəfatı ilə bağlı başsağlığı verib. O, müraciətində cinayətkarın əli ilə görkəmli siyasətçinin həyatına son qoymasından təəssüflənib.

Cinayətkarın əli uzun müddət Yaponiya hökumətinə rəhbərlik etmiş və ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin inkişafı üçün çox işlər görmüş görkəmli dövlət xadiminin həyatını dayandırdı, - Rusiya lideri deyib.

Onun başsağlığı müraciətində həmçinin qeyd edilir ki, "Bu gözəl insanın parlaq xatirəsi onu tanıyanların qəlbində əbədi qalacaq".

Qeyd edək ki, bu gün Şinzo Abeyə silahlı hücum olub. İnsident Yaponiyanın Nara şəhərində küçədə baş verib. Keçmiş dəniz piyadası, 41 yaşlı Tetsuya Yamaqami Abeyə arxadan iki dəfə atəş açıb. Şinzo Abe boyun və sinəsindən güllə yarası alıb. O, Narı xəstəxanasına çatdırılsa da vəfat edib.
  • Sosial şəbəkədə paylaş