Bayden Yaxın Şərqə səfər edəcək –Ağ Ev tarixi açıqladı

ABŞ prezidenti Co Bayden iyulda Yaxın Şərqə səfər edəcək.

Azpost.info xəbər verir ki, bunu Ağ Evdən bildiriblər.

“Prezident Co Bayden ABŞ-ın İsrailin təhlükəsizliyi və rifahı ilə bağlı sarsılmaz öhdəliyini gücləndirmək və Körfəz Əməkdaşlıq Şurasının sammitində iştirak etmək üçün iyulun 13-16-da Yaxın Şərq regionuna səfər edəcək”, – məlumatda deyilir. Sammitdə Misir, İraq və İordaniya iştirak edəcək. Bayden əvvəlcə İsrailə, daha sonra İordan çayının qərb sahilinə səfər edəcək. Daha sonra sammitin keçiriləcəyi Səudiyyə Ərəbistanına yollanacaq.
  • Sosial şəbəkədə paylaş