BDU səs yazısı yayılan müəllimi işdən çıxarıb

Bakı Dövlət Univeristetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədova işdən çıxarılıb.

Bu barədə mətbuatın sorğusuna cavab olaraq BDU-dan məlumat verilib.

Bildirilib ki, müəllimin əmək müqaviləsinə xitam verilib

Qeyd edək ki, sosial şəbəkələrdə Sədaqət Əhmədovanın tələbələrdən rüşvət tələb etməsi iddia olunan səs yazısı yayılıb.
  • Sosial şəbəkədə paylaş