ABŞ-də istidən avtomobillər əriyir

ABŞ-nin Arizona ştatında hazırda dəhşətli istilər müşahidə olunur.

Məlumata görə, bölgədə havanın temperaturu müsbət 50 dərəcəyə qədər qalxıb.

Qızmar günəş şüaları avtomobillərin bəzi hissələrini əridir. Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilir ki, asfalt örtüyünün həddən artıq isinməsi küçə heyvanlarının pəncələrini yandırır.
  • Sosial şəbəkədə paylaş