NATO-nun baş katibi Kiyevə səfər edib

NATO-nun baş katibi Yens Stoltenberq Kiyevə gəlib. Bu barədə aprelin 20-də Ukraynanın “Strana” nəşri məlumat yayıb. Nəşrin Telegram kanalında NATO baş katibinin Ukrayna hərbçiləri tərəfindən əhatəyə alındığını əks etdirən fotoşəkil dərc edilib.
Alyansın mətbuat xidməti məlumatı təsdiqləyib. "NATO-nun baş katibi Ukraynadadır. Biz ən qısa zamanda əlavə məlumat yayacağıq", - deyə mətbuat xidmətindən bildiriblər.
NATO rəsmilərinin fəal hərbi əməliyyatların getdiyi ölkələrə səfər etməsi adi hal hesab olunur. Lakin bununla bağlı məlumat adətən səfə başa çatdıqdan sonra, yaxud səfərin sonuna yaxın elan edilir. Nəşr xatırladır ki, Əfqanıstanda 20 illik müharibə zamanı da belə olub.
  • Sosial şəbəkədə paylaş