Yaponiyanın Meteorologiya Agentliyi bu gün ölkənin mərkəzində yerləşən Fukui prefekturasının bəzi ərazilərində güclü yağışla bağlı xəbərdarlıq elan edib.
Bu barədə “Kyodo” məlumat yayıb.
Torpaq sürüşmələri və su basması nəticəsində yollarda nəqliyyatın hərəkəti məhdudlaşıb.
Fukui, Ono və Katsuyama şəhərlərində güclü yağışla bağlı ən yüksək səviyyəli xəbərdarlıq olan 5-ci səviyyə elan edilib. Bu səviyyə təbii fəlakətin baş verməsinin qaçılmaz olduğunu ehtiva edir. Yaponiya Meteorologiya Agentliyi daha sonra xəbərdarlıq səviyyəsini 4-cü səviyyəyə endirib, lakin bu, hələ də sakinlərin təhlükə olan əraziləri tərk etməli və təxliyə olunmalı olduqları anlamına gəlir.
Güclü yağışlar nəticəsində evləri və yolları su basıb, çaylarda suyun səviyyəsi yüksəlib. Beş bələdiyyədə təxminən 111 min nəfərə təxliyə olunmaq çağırışı edilib.
Suyun səviyyəsinin yüksəlməsi səbəbindən əlavə su tutumu yaratmaq məqsədilə Sakai şəhərindəki bənddən suyun təcili şəkildə buraxılması nəzərdən keçirilir.
Bazar günü səhər saatlarına qədər Katsuyama, Sakai və Fukui şəhərlərində yağıntının miqdarı rekord həddə çataraq 300 millimetrdən çox olub.
Atmosfer şəraitinin qeyri-sabit olması səbəbindən bazar günü Yaponiyanın qərbindən şərqinə qədər geniş ərazidə güclü yağış yağacağı proqnozlaşdırılır. Fukui prefekturasının da daxil olduğu Hokuriku regionunda bazar ertəsi səhər saat 06:00-dək olan 24 saat ərzində 120 millimetrədək, Çuqoku regionunda isə 80 millimetrədək yağıntı düşə bilər.