Avstriyanın paytaxtı Vyanada muzeydə nümayiş etdirilən Misir Kraliçası Nazlıya məxsus tarixi almaz boyunbağı oğurlanıb. İki şübhəli ziyarətçi qiyafəsində muzeyə daxil olaraq eksponatın yerləşdirildiyi vitrini çəkiclə sındırıb və qiymətli zinət əşyasını götürərək hadisə yerindən qaçıb.
Oğurlanan boyunbağının üzərində 600-dən çox almaz olduğu və milyonlarla dollar dəyərində qiymətləndirildiyi bildirilir.
Hadisə Vyanadakı Tətbiqi Sənətlər Muzeyində (MAK) günorta saatlarında baş verib. Şübhəlilər əvvəlcədən hansı eksponatı oğurlayacaqlarını bilirmiş kimi birbaşa boyunbağının olduğu vitrini hədəf alıblar.
Tarixi boyunbağı 1939-cu ildə Parisdə yerləşən məşhur lüks zərgərlik şirkətlərindən biri tərəfindən hazırlanıb.
2016-cı ildə Nyu-Yorkdakı Sotheby’s hərracında bu qiymətli zinət əşyası 4,3 milyon dollara satılıb. Daha sonra muzeyin 120 illik zərgərlik tarixindən bəhs edən xüsusi sərgisinin ən dəyərli eksponatlarından biri kimi nümayiş etdirilib.
Oğurluqdan sonra Avstriya polisi genişmiqyaslı əməliyyata başlayıb. Ətraf küçələrdə və metro stansiyalarında yerləşən təhlükəsizlik kameralarının görüntüləri araşdırılır.
İlkin araşdırmaya əsasən, oğurluğun əvvəlcədən planlaşdırıldığı ehtimal edilir. Hüquq-mühafizə orqanları boyunbağının xüsusi sifariş əsasında oğurlanmış ola biləcəyini də nəzərdən keçirir.
Hadisə zamanı muzeydə olan ziyarətçilərin də ifadələri alınır. Oğurluqdan sonra müvəqqəti bağlanan sərgi salonu təhlükəsizlik tədbirləri gücləndirildikdən sonra yenidən ziyarətçilərin üzünə açılıb.