Türkiyənin iki vilayətində zəlzələ olub

Türkiyənin Adıyaman vilayətinin Sincik rayonunda 4,2 maqnitudalı zəlzələ baş verib.

Zəlzələ yerli vaxtla saat 21:43-də qeydə alınıb.

Yeraltı təkanların ocağı 7 kilometr dərinlikdə olub.

İkinci zəlzələ isə Malatya vilayətinin Yeşilyurt rayonunda qeydə alınıb.

Zəlzələ 4,1 maqnituda gücündə olub.
  • Sosial şəbəkədə paylaş