Rusiya sərnişin qatarını VURDU: Ölənlər və yaralananlar var

Rusiya ordusuna məxsus PUA "Lozovaya-Xarkov" marşrutu üzrə hərəkət edən elektrik qatarına zərbə endirib.

Hücum nəticəsində bir qadın həyatını itirib, daha altı nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hücum təhlükəsi səbəbindən qatar vaxtında saxlanılıb və sərnişinlərin təxliyəsinə başlanılıb.

Lakin, təxliyə zamanı insanlardan bir neçəsi qatarın yaxınlığında qaldığı üçün zərbəyə məruz qalıblar.

Qeyd edək ki, hadisə yerində xilasetmə və ilkin tibbi yardım xidmətləri cəlb olunub.
  • Sosial şəbəkədə paylaş