Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ-yə ixrac edildiyi açıqlanıb

Venesueladan Amerika Birləşmiş Ştatlarına (ABŞ) gündə 500 min bareldən çox neft ixrac olunur.

“Reuters” agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ-nin energetika nazirinin müavini Kayl Haustvayt bildirib.

“Son bir neçə ayda gündə 500 min bareldən çox və ya Venesuelada istehsal edilən neftin təxminən yarısının ABŞ-yə, xüsusi tikilmiş emal zavodlarına göndərildiyini gördük", - deyə o vurğulayıb.

Bildirildiyinə görə, Venesuelada gündə təxminən 1,25 milyon barel neft istehsal edilir.

Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ-nin xüsusi təyinatlıları Venesuelanın paytaxtı Karakasa hücum edərək, Prezident Nikolas Maduronu saxlayıblar. O, həyat yoldaşı ilə birlikdə ABŞ-yə aparılıb.
  • Sosial şəbəkədə paylaş