Tailandda məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı artıb

Tailandın Nontaburi əyalətində məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Hücuma məruz qalan üç müəllim və üç şagird həlak olub, bir şagird isə intihar edib.

Yaralanan 15 nəfər xəstəxanalara yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır.

08:04

Tailandın Nontaburi əyalətində məktəbdə baş verən atışma nəticəsində iki nəfər ölüb, 20-dən çox insan yaralanıb.
TASS agentliyinə istinadla xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində iki müəllim həlak olub, daha üç müəllimin vəziyyəti ağırdır.

Hüquq-mühafizə orqanları və təcili yardım xidmətləri hadisə yerində işləyir.
  • Sosial şəbəkədə paylaş