İranda polislər GÜLLƏLƏNDİ: Ölən və yaralananlar var

Dünən Sistan və Bəluçistan əyalətinin İranşəhr şəhərində silahlı şəxslərin polislərə atəş açması nəticəsində bir polis əməkdaşı həlak olub.

Bu barədə “Halvəş” Telegram kanalı məlumat yayıb.

Məlumata görə, hücum üç avtomobildə hərəkət edən silahlı şəxslər tərəfindən həyata keçirilib.

Həlak olan polisin, baş çavuş Meysəm Kərami olduğu bildirilib.

Silahlı qarşıdurma nəticəsində daha bir neçə nəfərin yaralandığı, hücum edən şəxslərin isə hadisə yerindən qaçdığı qeyd olunub.
  • Sosial şəbəkədə paylaş