Moskva vilayətində avtomobil partladılıb

Moskva vilayətinin Balaşixa şəhərində avtomobilin partladılması nəticəsində yüksək rütbəli hərbçi həlak olub.

VÇK-OQPU və "Rucriminal.info" saytındakı mənbə həlak olan şəxsin general-leytenant rütbəsinə malik olduğunu bildirib.

Bomba BMW-yə yerləşdirilib və avtomobil hərəkətdə olarkən partlayıb.
  • Sosial şəbəkədə paylaş