Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hüquq-Mühafizə Xidmətində mühüm kadr təyinatı həyata keçirilib. Əslən Azərbaycanın Gəncə şəhərindən olan hüquqşünas Gündüz Məmmədov xidmət rəisinin müavini vəzifəsinə təyin olunub.
Məlumatı jurnalist Anar Natiqoğlu yayıb.
Ukrayna müdafiə naziri Mixaylo Fedorovun qərarı ilə Gündüz Məmmədov Silahlı Qüvvələrin Hərbi Hüquq-Mühafizə Xidmətinə rəis müavini təyin edilib.
Uzun illər Ukraynanın prokurorluq orqanlarında çalışan Gündüz Məmmədov hüquq-mühafizə sistemində müxtəlif məsul vəzifələr tutub. O, 2014-cü ildə Odessa şəhərinin prokuroru təyin edilib, 2015-ci ilin sonunda isə Odessa vilayət prokurorunun müavini vəzifəsinə yüksəlib.
2016-cı ildə Ukraynanın işğal altında olan Krım Muxtar Respublikasının prokuroru kimi fəaliyyətə başlayan Gündüz Məmmədov 2019-cu ildə Ukrayna baş prokurorunun müavini vəzifəsinə təyin olunub. O, 2021-ci ildə öz istəyi ilə vəzifəsindən ayrılıb.
Gündüz Məmmədovun fəaliyyəti xüsusilə Rusiyanın Krım, Donetsk və Luqansk bölgələrində mülki əhaliyə qarşı törətdiyi hərbi cinayətlərin sənədləşdirilməsi, sübut bazasının formalaşdırılması və həmin materialların beynəlxalq məhkəmə və təşkilatlara təqdim olunması istiqamətində gördüyü işlərlə yadda qalıb.
Üçüncü dərəcəli dövlət ədliyyə müşaviri rütbəsinə malik olan soydaşımız 1996-cı ildə İ.İ. Meçnikov adına Odessa Milli Universitetinin hüquq fakültəsini bitirib.