Türkiyənin Malatya vilayətində 5,6 bal gücündə zəlzələ olub

Türkiyənin Fəlakətlər və Fövqəladə Hallar Agentliyinin (AFAD) məlumatına görə, yerli vaxtla saat 10:00-da Malatya vilayətinin Battalqazi rayonunda “Rixter” cədvəli üzrə 5,6 bal gücündə zəlzələ olub.

Anadolu agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanlar 7,3 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntılar barədə məlumat verilməyib.
  • Sosial şəbəkədə paylaş