Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə İran ətrafındakı vəziyyəti müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə videokonfrans vasitəsilə görüş keçirib. Görüşdə İran ətrafındakı vəziyyət müzakirə olunub.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, görüş iştirakçıları hadisələrin inkişafı və bununla əlaqəli regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
  • Sosial şəbəkədə paylaş