Odessa vuruldu

Yanvarın 27-nə keçən gecə rus qoşunları Odessaya zərbə endirib.

Hücum nəticəsində 22 nəfər xəsarət alıb, onların əksəriyyəti yüngül xəsarətlər alıb və həkimlər tərəfindən yerində müayinə olunub.

Mülki infrastruktur obyektlərinə, o cümlədən mənzil və fərdi yaşayış binalarına, uşaq bağçasına, şəhərin mərkəzindəki kilsə binasına, mağazaya və tikinti sahəsinə ziyan dəyib. Bir sıra rayonlarda genişmiqyaslı yanğınlar baş verib. İlkin məlumatlara görə, dağıntılar altında insanlar qalıb.

Fövqəladə Hallar Xidmətinin xilasediciləri dağıdılmış binalardan insanları çıxarıblar, xilas edilənlər arasında uşaq da var. Sakinlər təxliyə edilib.
  • Sosial şəbəkədə paylaş