Ukrayna Tuapse limanı və neft emalı zavodunu VURDU

Dron hücumu nəticəsində liman körpülərindən biri, neft emalı zavodundakı avadanlıqlar zədələnib, 2 nəfər yaralanıb.

Bildirilir ki, neft emalı zavodunda 300 kvadratmetrlik ərazidə yanğın baş verib, yanğın söndürülüb. Əməliyyat qrupunun məlumatına görə, körpüdəki yanğın da tez bir zamanda söndürülüb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin əməkdaşları da daxil olmaqla 64 nəfər və 16 texnika zərbənin nəticələrinin aradan qaldırılmasına cəlb olunub.
  • Sosial şəbəkədə paylaş