Ermənistanda hərbi xidmət müddəti azaltdıldı

Ermənistan parlamenti “Hərbi xidmət haqqında” qanuna dəyişiklik layihəsini qəbul edib.

Qəbul olunan qərara əsasən, ölkədə məcburi hərbi xidmətin müddəti 24 aydan 18 aya endirilir.

Qanun layihəsi parlamentdə keçirilən səsvermə zamanı əksəriyyət tərəfindən dəstəklənib. Səsvermənin nəticələrinə görə, 65 deputat dəyişikliklərin lehinə səs verib, 4 deputat əleyhinə çıxıb, 20 deputat isə bitərəf qalıb.

Rəsmi açıqlamalarda bildirilir ki, qərarın əsas məqsədi hərbi xidmət sisteminin yenilənməsi, çağırışçıların üzərindəki sosial yükün azaldılması və orduda daha çevik idarəetmə mexanizminin formalaşdırılmasıdır. Dəyişikliklərin nə vaxt qüvvəyə minəcəyi isə əlavə normativ sənədlərlə müəyyən olunacaq.
  • Sosial şəbəkədə paylaş