Almaniyada kütləvi etirazlar

Almaniyada 20 mindən çox insanın “Almaniya üçün Alternativ” partiyasının gənclər qanadına qarşı nümayişi ilə kütləvi etirazlar başlayıb.

Polisin məlumatına görə, asayişi qorumaq üçün 5000-ə qədər şəxsi heyət cəlb edilib.

Qarşıdurma zamanı 10-15 asayiş keşikçisi yaralanıb.

AfD-nin həmsədri Alis Vaydel həmçinin Bundestaq üzvü Julian Şmidtin təxminən 20 nəfərlik bir qrupun hücumuna məruz qaldıqdan sonra yaralandığını bildirib.

"Associated Press"in məlumatına görə, bəzi etirazçılar polisə daş atıblar. Etirazçılar magistral yolu bağladıqdan və dağılışmaqdan imtina etdikdən sonra hüquq-mühafizə orqanları buna cavab olaraq bibər qazı və su şırnaqlarından istifadə edib.
  • Sosial şəbəkədə paylaş