ABŞ-da Milli Qvardiya əsgərlərinin ölümü beynəlxalq terror aktı kimi qiymətləndirilə bilər

Ağ Ev yaxınlığında Milli Qvardiya üzvlərinə atəş açmaqda şübhəli bilinən şəxs 2021-ci ildə ABŞ-a daxil olmuş Əfqanıstan vətəndaşıdır.

Bu barədə “ABC News” məlumat yayıb. İlkin ehtimala görə, şübhəlinin Rəhmanullah Lakanval kimi müəyyən edildiyi vurğulanıb. Qeyd olunub ki, hüquq-mühafizə orqanları hadisəni beynəlxalq terror aktı kimi qiymətləndirməyə çalışır.

03:10

Vaşinqtonun mərkəzində güllələnən Milli Qvardiyanın iki əsgərinin vəziyyəti ağırdır. Bu barədə FTB direktoru Kaş Patel və paytaxt meri Muriel Bouzer mətbuat konfransında bildiriblər.

Qeyd edək ki, daha əvvəl Qərbi Virciniya qubernatoru Patrik Morrisey yaralanan kişi və qadın əsgərin həyatını itirdiyini açıqlamışdı. Daha sonra o, sosial mediada bu barədə ziddiyətli məlumatların olduğunu bildirib.
  • Sosial şəbəkədə paylaş