Böyük Britaniya hökuməti Ukraynada mümkün atəşkəs əldə olunacağı təqdirdə öz hərbi qüvvələrini ölkəyə göndərməyə hazırlaşır.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, hazırda London Britaniya hərbçilərinin Ukraynaya daxil olmasını nəzərdə tutan genişmiqyaslı plan üzərində işləyir. Plan bir neçə əsas komponentdən ibarətdir:
Sülhün təmin olunmasında iştirak – Britaniya qüvvələri mümkün atəşkəs rejiminin qorunmasına yardım göstərə bilər.
Ukrayna ordusuna təlim missiyaları – Britaniyalı təlimatçılar ukraynalı hərbiçilərlə birbaşa ölkə ərazisində işləyə bilər.
Hava polisliyi – NATO standartlarına uyğun hava patrulu missiyaları həyata keçirmək.
Qara dənizdə əməliyyatların genişləndirilməsi – Britaniya, Türkiyə, Rumıniya və Bolqarıstanla birgə Qara dənizdə minatəmizləmə və dəniz yollarının açılması üzrə yeni operativ qrupun gücləndirilməsi planlaşdırılır.
“Bloomberg” qeyd edir ki, London bu missiyanın ilkin xərclərini qarşılamaq üçün 100 milyon funt sterlinqdən çox vəsait ayırmağa hazırlaşır. Bu məbləğ Britaniya əsgərlərinin Ukraynaya yerləşdirilməsi və logistika xərclərinin təmin edilməsi üçün istifadə ediləcək.