“Haber7" məlumat yayıb ki, Nikol Paşinyan ölkə boyu 10 yeni məscidin tikintisi üçün təşəbbüs göstərib. Məscidlərdən 5-nin Ermənistan-Türkiyə sərhədinə yaxın ərazilərdə, qalan 5-nin isə digər böyük şəhərlərdə tikiləcəyi bildirilir.
Ermənistan hökumətindəki mənbələrə görə, təşəbbüsü Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan dəstəkləyib. O, layihəni iki ölkə arasında mədəni və dini əlaqələri gücləndirmək üçün fürsət hesab edib.
Məlumat doğrudursa, təqdirəlayiq addımdır. Hərçənd həmin məscidlərə gedəcək müsəlman-türk əhali ilə bağlı suallar açıq qalır. Orada kim ibadət edəcək? Yəni yalnız məscid inşa eləməklə sülh olmur. Daha vacibi İrəvanın Bakı ilə sülh müqaviləsinə mane olan sonuncu əngəli də götürməsidir. Söhbət Ermənistan Konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı müddəaların, gerbdən Ağrı dağının (“Ararat”) təsvirinin çıxarılmasıdır.