BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) bəyan edib ki, bu il Mərkəzi Aralıq dənizini keçməyə cəhd edərkən ölən miqrantların sayı 1000 nəfəri keçib. Təşkilat əlavə edib ki, həyatını itirənlərin sayı hər yeni faciə ilə artmaqda davam edir.
Noyabrın 8-də Liviya sahillərində qayığın batması nəticəsində 40-dan çox insanın öldüyü ehtimal olunur. Liviya hakimiyyəti noyabrın 3-də Zuvaradan yola düşən gəminin dalğalı dənizdə batması hadisəsindən sonra Əl-Buri neft yatağı yaxınlığında axtarış-xilasetmə əməliyyatına başlayıb.
BMqT bildirib ki, sağ qalanların sözlərinə görə, qayıqda 49 miqrant və qaçqın, o cümlədən 47 kişi və 2 qadın olub. Yola düşdükdən təxminən altı saat sonra yüksək dalğalar mühərrikin sıradan çıxmasına səbəb olub. Altı gün dənizdə üzəndən sonra yalnız yeddi kişi sağ qalıb, onların dördü Sudandan, ikisi Nigeriyadan və biri Kamerundandır. Digər 42 nəfər itkin düşüb.
Təşkilatın məlumatına görə, onun komandaları sağ qalanlara çatdıqdan sonra onları təcili tibbi yardım, yemək və su ilə təmin ediblər. Açıqlamada deyilir: “Surman və Lampeduza sahillərində digər ölümcül hadisələrdən bir neçə həftə sonra baş verən bu faciəli insident Mərkəzi Aralıq dənizi marşrutu boyunca miqrantların və qaçqınların qarşılaşdığı davamlı təhlükələri vurğulayır”.
BMqT regional əməkdaşlığın gücləndirilməsi, təhlükəsiz və qanuni miqrasiya yollarının genişləndirilməsi və daha çox insan itkisinin qarşısının alınması üçün effektiv axtarış-xilasetmə səyləri çağırışını təkrarlayıb.